Lider TV-nin yanında piyadanı maşın vuraraq öldürüb

Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlu Lider TV-nin yanında yolu keçərkən Sərxan Hüseynovun idarə etdiyi minik avtomobili tərəfindən vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar