Zaqatalada son bir həftədə 30-a yaxın şəxsi it dişləyib

Zaqatalada son bir həftədə 30-a yaxın şəxsi it dişləyib.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Faldar kənd sakini, 2016-cı il təvəllüdlü İnci İsmət qızı Abdullayeva, Beretbinə kənd sakini, 1969-cu il təvəllüdlü Kahay Şaban qızı Aslanova, Yuxarı Tala kənd sakini, 2007-ci il təvəllüdlü Ramazan Ruslan oğlu Məmmədov, Kebeloba kənd sakini, 2006-cı il təvəllüdlü Həbulla Şamil oğlu Canqayev, Çobankol kənd sakini, 2005-ci il təvəllüdlü Əfsanə Asif qızı Mustafayeva it dişləməsi xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.

MRX-dan verilən məlumata görə, İnci Abdullayevaya sağ saidin, Kahay Aslanovaya sağ dizin, Ramazan Məmmədova sağ əlin, Həbulla Canqayevya sol sarğının, Əfsanə Mustafayevaya isə sol kürəyin it dişləməsi xəsarəti diaqnozu qoyulub. Onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

MRX-dan o da bildirilib ki, son bir həftədə rayonun yaşayış məntəqələrindən 30-a yaxın şəxs it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar