Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri, xanım Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə xanım Draqana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov xanım Draqana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar