Azərbaycan azarkeşləri Türkiyə Superliqasını pulsuz izləyəcək

QalatasarayFutbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq. Bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib.

O deyib ki, “Digitürk” xarici ölkələr arasında ilk dəfə Azərbaycan telekanalına yayım hüququnu verib. V.Üst 3 ay öncə başlanan danışıqların AFFA-nın da dəstəyi ilə müsbət yekunlaşdığını vurğulayıb. Oyunlar “CBC Sport”un şərhçiləri tərəfindən şərh olunacaq.

Qeyd edək ki, “CBC Sport” yayıma bu həftədən başlayacaq. Hər tur 2 oyun canlı yayımlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar