İŞİD Avropada yeni növ terror aktları hazırlayır

İŞİD terrorçuları Avropada bir sıra terror aktları törətməyə hazırlaşır. Lakin bu dəfə onlar yeni taktika seçib.Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, terrorçular Avropa mağazalarındakı qida məhsullarını zəhərləmək niyyətindədir.

Bildirildiyinə görə, İraqda bir vaxtlar İŞİD-in əlində olmuş ərazilərdə zəhərləyici maddələrin izləri aşkarlanıb. Eyni zamanda, qəbirlərdə üst-üstə basdırılmış dinc İraq sakinlərinin bir çoxunun həmin maddələrin köməyi ilə öldürüldüyü istisna edilmir.

Nəşrin əldə etdiyi məlumata görə, zəhərləyici maddələrin bir hissəsi terror aktlarının həyata keçirilməsi məqsədilə Avropa İttifaqı ölkələrinə göndərilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar