ABUTALIBOV KAFENİ BAĞLATDIRIB, SAHİBİNİ HƏDƏLƏDİ - Əmlakını da müsadirə etdirdi +  FOTOLAR + VİDEO

“Twenty six” adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq"

Bakının mərkəzində "26-lar" “Twenty six” adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Trend bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş "26-lar adına bağ"da (indiki "Sahil" bağı) azərbaycanlılara qarşı soyqrımını təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada başçı qatillər olan Şaumyanın, Əmirovun və Avekyanın sümükləri tapılmamışdı: "Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26-lar" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".

İcra başçısı əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq: "Məsələyə hüquqi qiymət veriləcək".

Hazırda kafenin fəaliyyəti dayandırılıb, əmlakı müsadirə olunub.

Qeyd edək ki, “Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, “26” adlı kafenin sahibi Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımovdur.  Kafeni  Ə. Qasımovun oğlu Əliyarın işlətdiyi bildirilir. Ailə həmçinin, “Hollivud” restoranlar şəbəkəsini də idarə edir.

Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotoları paylaşıb. Üç uşaq atası olan Ə. Qasımov oğluna atasının adını qoyub.

Xatırladaq ki, “26” adlı kafe Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürülərək onun yerində açılıb. Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, kafe orada artıq bir neçə aydır fəaliyyət göstərir: “Bu qərarın indi verilməsi başa düşülən deyil. Paytaxtımızda dünənə kimi 26 Bakı komissarlığı adında küçə də var idi. Əslində ən böyük qəbahət bax budur”.

X.Rza Yazıçılar Birliyinin binasındakı sözügedən ərazi boş olduğundan icarəyə verildiyini deyib: “Biz buna necə müdaxilə edə bilərdik? Biri açdığı obyektin adını 26, digəri isə 28 qoyur. Onda belə çıxır ki, kimsə 26 rəqəmindən istifadə etmək üçün Hacıbala Abutalıbovdan icazə almalıdır?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar