GENİŞ QARŞIDURMA - ABŞ, Rusiya-Çin ittifaqı ilə üz-üzə

Keçən həftə ABŞ və Rusiya arasındakı diplomatik müharibənin səs tonu bir qədər də yüksəldi. Amerikanlar təkcə rus diplomatlarından San-Fransiskodakı baş konsulluğun tərk olunmasını tələb etmirdilər. Onlar həmçinin Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliyinin də boşaldılmasını tələb etmişdilər. Diplomatlar binanı tərk etdikdən sonra Federal Təhqiqat Bürosunun əməkdaşları orda axtarış həyata keçiriblər.

Diplomatik müharibəni hələ Barak Obamanın Amerikadan 25 rusiyalı diplomatı çıxarması ilə başlamışdı. O, həmçinin Moskvanın diplomatik missiyasının mülkiyyətindəki iki obyektə girişə qadağa qoymuşdu.

ABŞ prezidenti Donald Tramp avqustun əvvəlində Rusiyaya qarşı yeni sanksiyalar barəsində qanun layihəsini imzalayandan sonra, Kreml cavab verməkdə uzun müddət ləngidi. Hal-hazırda Vaşinqtona cavab olaraq, Moskva amerikanlara Rusiyanın ABŞ-dakı diplomatik missiyasının əməkdaşlarının sayı qədər əməkdaş saxlamağa icazə verir, qalanları ixtisara salınmalıdır. Yəni 755 nəfərdən artıq diplomatik əməkdaş saxlamaq olmaz. Buna cavab olaraq isə ABŞ qeyri-müəyyən vaxtadək Rusiyaya turist vizasının verilməsini dayandırıb.

İndi top Rusiya tərəfdədir və Moskvanın buna qarşı cavab gedişi edəcəyinə şübhə yoxdur. Çox ehtimal ki, Moskva ABŞ-ın Yekaterinburqdakı konsulluğuna girişi bağlayacaq. Diplomatik müharibə bundan sonra da davam edəcək. Həm də ona görə ki, iki böyük dövlət arasında münasibətlər bundan da pis vəziyyətə düşə bilməz. Ona da diqqət etmək gərəkdir ki, ABŞ və Rusiya arasındakı iqtisadi əməkdaşlıq (Deməli münaqişədən dəyən ziyan) çox da böyük deyil. Bu isə hər iki tərəfə prinsipiallıq göstərməyə əlavə stimul verir.

Belə səviyyədəki diplomatik müharibənin nəticələrindən asılı olmayaraq, baş verən qarşıdurma ABŞ və Rusiya münasibətləri çərçivəsindən kənara çıxır. Baş verən hadislər və daxili siyasi münaqişlər üzündən Donald Tramp Rusiyaya qarşı bəslədiyi ilkin niyyətlərindən əl çəkməyə məcbur olub. Çünki prezidentin xeyir-duası olmadan bu cür mühüm qərarların verilməsi mümkün deyil.

Həmçinin Çin və Rusiyanın yerlərini dəyişmək şərtiylə, keçmiş dövlət katibi Henri Kissincerin əfsanəvi diplomatik gedişlərini təkrarlamaq cəhdi də uğursuzluğa düçar oldu. 1970–ci illərdə Kissincer Sovet İttifaqına qarşı ABŞ və Çin arasında dostluq müqaviləsi bağlamağa müyəssər olmuşdu.

Ümumiyyətlə, belə bir dostluğun mümkünlüyü isə başqa bir məsələdir. Amma hər halda məhz ABŞ-ın başlıca strateji oponentinin Çin olmasına baxmayaraq, Trampa Rusiya ilə yaxınlaşmağa cəhd göstərməyə belə imkan vermədilər.

Bunlardan əlavə de-fakto Çin-Rusiya strateji alyansı yaranıb. Mahiyyət etibarıyla, ABŞ və digər iki böyük güc arasında eynizamanlı geniş miqyaslı qarşıdurma artıq başlayıb. Çin və Rusiya alyansına İran başda olmaqla, digərləri də qoşulur. Bu qarşıdurma çərçıvəsində iqtisadi və siyasi ziyanları, özünü ABŞ-ın müttəfiqi sayan ölkələr də ödəməli olacaqlar.

("Diena"-Latviya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar