Ombudsmanın nümayəndələri 7 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər

1336204430_qobustan-hebsxanaOmbudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin, xidmət əməkdaşlarının məhkumlarla rəftarı məsələlərinin, habelə daxil olan müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, yeməkxana, mətbəx və digər obyektlərinə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə öyrənilib.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, müvafiq sənədləşmə yerində araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin edilib.

Qəbul edilən şəxslərin hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri, ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar