İlham Əliyev və AŞ Baş katibi siyasi məhbuslar barədə nə danışıblar?

Prezident İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının rəsmilərilə görüşləri keçirilib.

İlham Əliyev AŞPA prezidenti anne Brasseur ilə, bundan sonra isə Avropa Şurasının baş katibi Thorbjorn Jagland ilə görüşüb, BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli Strasburqdan xəbər verir.

Baş katib Jaglandın sözçüsü BBC Azərbaycancaya bildirib ki, cənab Jagland Prezident Əliyevlə görüş zamanı İlqar Məmmədovun "siyasi məhbus" olduğunu və azadlığa buraxılmalı olduğunu deyib.

"Cənab Jagland bu məsələyə üç dəfə qayıtdı", onun sözçüsü məlumat verib.

İyunda Avropa Məhkəməsi REAL hərəkatının lideri İlqar Məmmədovun ötən ilin İsmayıllı hadisələrilə bağlı ittiham edilib həbs olunmasına görə Azərbaycan hökümətini 22 min dollar məbləğində Klikləyin cərimələyib.

"Edə bilərik amma etməməliyik"

Thorbjorn Jagland bu qərara qarşı apellyasiya şikayəti etməməyə çağırsa da, İlham Əliyev Azərbaycanın bu hüquqa malik olduğunu vurğulayıb.

"Nazirlərdən biri bunu belə şərh etdi: "Yəni, biz bunu edə bilərik, amma etməməliyik", Baş Katibin sözçüsü xatırlayıb.

İlham Əliyev Məmmədovun azadlığa buraxılması barədə hə və ya yox cavabı verməsə də, məhkəmə qərarının "qəti olduğu ilə razılaşıb".

Danışıqlar zamanı yalnız İlqar Məmmədovun adı çəkilsə də, "ona oxşar digər siyasi məhbuslar" barədə narahatlıqlar da qaldırılıb.

Eyni zamanda cənab Jagland Azərbaycanın müxtəliflik və multikulturalizm baxımından irəliləyişlər etdiyini bildirib.

Bakı vaxtı ilə saat 15:00-da cənab Əliyevin Assambleyaya müraciəti gözlənilir.

Ilham Əliyev prezident qismində Avropa Şurasının iclasında ikinci dəfə iştirak edir. Prezident olmazdan əvvəl İlham Əliyev Assambleya üzvü idi.

Azərbaycan mayın 14-dən AŞ Nazirlər Komitəsinə sədrlik edir. Sədrlik altı ay davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar