Latviyada NATO-nun yüksək rütbəli zabitlərinin təlimləri başladı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Latviyada NATO qüvvələrinin hərbi təlimləri başlayıb.

Bundan başqa, Şimali Atlantika blokuna daxil olan bir sıra dövlətlərin hərbi komandanlığının nümayəndələri Baltikyanı dövlətin paytaxtında toplaşıblar.

Yaxın 12 gündə Riqada Latviya milli müdafiə akademiyasında NATO-ya üzv ölkələrin və alyansın həmkar ölkələrinin - Finlandiya və İsveçin 40 nəfərdən artıq yüksək və ali rütbəli zabitlərinin iştirakı ilə təlimlərinin keçiriləcəyi planlaşdırılır. Elan olunan məqsəd - birgə əməliyyatların idarə olunmasında yüksək səviyyəli zabitlərin ixtisasının artırılmasıdır.

NATO silahlı qüvvələrinin son vaxtlar Baltik ölkələrində təlimləri qibtə olunacaq ardıcıllıqla keçirilir. Praktiki olaraq, Latviyada NATO təlimləri ilə eyni vaxtda, bu ölkənin sərhədlərində həm də Rusiya-Belorusun «Qərb-2017» hərbi təlimləri keçiriləcək.

Budan əvvəl bəzi alyans üzvü ökələri və Ukrayna bu təlimlərlə bağlı öz narahatlığını bəyan eliblər, amma Moskva təlimlərin müdafiə xarakterli olduğunu bildirib.

Bundan əvvəl Latviyanın müdafiə naziri Edqar Rinkeviç bəyan edib ki, Rusiya-Belorus hərbi təlimlərinin gedişində bu ölkənin müdafiə sisteminin «sınanması» cəhdləri həyata keçirilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar