Sakit okeanda 8 adanı «yox olub»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avstraliya, Mikroneziya və Ficidən olan alimlər müəyyən ediblər ki, Mikroneziyanın tərkibinə daxil olan 8 ada birdən su altında «yox olub».

Səbəb isə aydındır - qlobal istiləşmənin nəticəsi olaraq okeanda su səviyyəsinin qalxması və dalğa errorziyasının güclənməsidir.

Özünün ekoloji tədqiqatlarının nəticələri barədə «Journal of Coastal Conservation» nəşri yazıb.

Alimlər qeyd edirlər ki, dünya okeanının səviyyəsi orta hesabla, hər il 3 millimetr qalxır. Sakit okeanın qərb hissəsində hökmranlıq edən küləklərin xüsusiyyətlərinə görə, ərazidə bu rəqəm ildə 12 millimetrə çata bilər.

2016-cı ildə Avstraliyadan olan tədqiqatçıların bir qrupu bildirib ki, 20-ci əsrin ortalarından başlayaraq, Süleyman adaları dövlətinin tərkibinə daxil olan 5 ada su altında qalıb.

Bu yaxınlarda dərc olunmuş məqalənin müəllifləri Mikroneziya adaları sahillərini araşdırıb, yerli sakinlərlə ünsiyyətdə olaraq, peyk şəkillərini müqayisə ediblər. Nəticədə, müəyyən ediblər ki, hər birinin sahəsi təxminən 100 kvadratmetr olan ən azı 8 ada 2007-2014-cü illər aralığında su altında qalıb.

Ancaq ekoloqların qeyd etdikləri kimi, bir sıra kiçik adalar dalğaların dağıdıcı təsirinə qarşı davam gətirə biliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar