Avropa İttifaqında Trampın planlarını təhlükə adlandırıblar

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın proteksionizmə meylliliyi dünya iqtisadiyyatı üçün təhlükə təşkil edir. «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə komitəsində bu qənaətə gəliblər. Bu barədə xəbəri sərəncamında konfidensial sənəd olan «Şpigel» nəşri yayıb.

Həmin sənəddə komitə üzvləri ABŞ Prezidentinin iqtisadi siyasətini tənqid atəşinə tutublar. Onlar qeyd edirlər ki, Trampın proteksionist siyasəti «indiyə qədər ehtimal olunduğundan qat-qat təhlükəli ola bilər».

Avropalı məmurlar həm də Vaşinqtonun dövlət xərcləri planını təhlükəli adandırıblar. Onlar əmindirlər ki, Tramp tərəfindən planlaşdırılan vergitutma islahatı «ABŞ iqtisadiyyatının problemlərini yumşaltmaq əvəzinə, güman ki, daha da kəskinləşdirəcək».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar