SAAKAŞVİLİ UKRAYNA SƏRHƏDİNİ "YARIB KEÇDİ" - Yenilənib + VİDEO

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, fəallar Ukrayna sərhədini «yarıb keçərək», Saakaşvilini və onun nümayəndə heyətini Ukrayna ərazisinə çıxarıblar.

Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixail Saakaşvili öz tərəfdarlarının köməyi sayəsində Krakovets (Lvov vilayəti) buraxılış məntəqəsindən «yararaq», Ukrayna ərazisinə keçib.

Xəbəri «Strana.ua» nəşri yayıb.

«Mən sizi, uşaqlar mən sizi çox sevirəm, cinayətkar əmrə tabe olmayın. Sizlər qan tökdüyünüz müddətdə, Prezident-barıqa və digər barıqalar milyardlar qazanırlar. Bütün cinayətkarlar ordadır və sizlər bunu çox yaxşı bilirsiniz» - deyə, Saakaşvili tərəfdarlarına çağırış edib.

Bundan başqa, Saakaşvili sərhədçi-generalların bağ evlərini və sərvətini müsadirə edərək, hamısını sıravi əsgərlərə verəcəyi vədini edib.

Xatırladaq ki, ilkin olaraq, Odessanın eks-qubernatoru sərhədi jurnalistlərlə birlikdə avtobusda keçmək istəyib, amma sonradan qatara oturub. Bununla əlaqədar olaraq, Polşa-Ukrayna sərhədində hərəkət çətinləşib. Saakaşvilinin yol yoldaşlarına qatardan düşüb, avtobuslara oturmaq lazım olduğu bildirilib.

Bundan əvvəl xəbər verilmişdi ki, Polşa sərhədçiləri Saakaşvilini Ukrayaya buraxıblar. Bütün bu müddət ərzində «Batkovşina» partiyasının lideri Yuliya Timoşenko onunla birlikdə olub.

***

Gürcüstanda axtarışda olan sabiq prezident və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynanın dövlət ərazisinə keçib.

"Report" UNN-ə istinadən xəbər verir ki, o, Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" beynəlxalq buraxılış məntəqəsini ora toplaşan tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq keçməyə müvəffəq olub.

Sərhədi keçən zaman Ukrayna polisi ilə fəallar arasında toqquşma baş verib.

Bundan əvvəl Ukrayna tərəfi sərhədin minalanması səbəbindən buraxılış məntəqəsi ilə giriş-çıxışı müvəqqəti olaraq bağlamışdı. Sərhədin Polşa tərəfindən isə Mixail Saakaşvili Ukrayna ərazisinə keçməyə hazırlaşırdı.

***

Polşa və Ukrayna sərhədində yerləşən "Şeqini" beynəlxalq buraxılış məntəqəsi minalanma xəbəri səbəbindən müvəqqəti olaraq bağlanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Qərb Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şeremetə istinadən UNN məlumat yayıb.

"Şeqini" buraxılış məntəqəsi minalanıb. Minalama barədə məlumat daxil olub. Hazırda istehkamçıların gəlişini gözləyirik", - deyə o bildirib.

Odessa vilayətinin eks-qubernatoru və Gürcüstanda axtarışda olan sabiq prezident Mixail Saakaşvili sərhədin Polşa tərəfindədir və Ukrayna ərazisinə keçmək niyyətindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar