"Latsio" İtaliya çempionatında "Milan"ı darmadağın edib - VİDEO

"Latsio" futbol üzrə İtaliya çempionatının üçüncü turunun oyununda öz meydanında "Milanı" qəbul edib.

"Report" xəbər verir ki, "Olimpiko" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində hücumçu Çiro İmmobile het-trik edib. Daha bir qolu isə yarımmüdafiəçi Luis Alberto öz hesabına yazdırıb. "Milan"ın heyətində Rikardo Montolivo fərqlənib. Matçın üçüncü uzatma dəqiqəsində "Latsio"nun yarımmüdafiəçisi Marko Parolo ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Hazırda "Latsio" 7 xal ilə turnir cədvəlində üçüncü yerdə, "Milan" isə (6) altıncı pillədə qərarlaşıb.

İtaliya "A" Seriyası, 3-cü tur

"Latsio" – "Milan" - 4:1

1:0 – İmmobile – 38 (pen), 2:0 – İmmobile – 43, 3:0 – İmmobile – 48, 4:0 – Alberto – 49, 4:1 – Montolivo – 56

Qırmızı vərəqə: Parolo, 90+3

Лацио - Милан 4:1 от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar