Rusiya ordusunun Belorusa yeridilməsi Litvanı qorxuya salıb

1393754607_rus-ordusu-fos-ciktiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya ordusunun Belorus ərazilərinə yeridilməsi Litvanı əməlli-başlı qorxdub. ««Qərb-2017» hərbi təlimləri ilə bağlı Belorusa yeridilən Rusiya ordusu təlimlərdən sonra geriyə - Rusiyaya qayıtmaya bilər» - deyə, Litvanın müdafiə naziri Linas Linkyaviçyus narahatlığını ifadə edib. Xəbəi «Delfi» yayıb.

«Biz, ondan narahatıq ki, Moskva Belorusa və Baltik sərhədlərinə nüvə silahı gəzdirə bilən 4 min sistem və 30 min nəfərdən az olmayan əsgər yeridib. Silahların ətrafa təhlükəli səs salmasını dayandırmaq lazımdır» - deyə, nazir bəyan edib. O, həm də xatırladıb ki, Krımın ilhaqından əvvəl də hərbi təlimlər keçirilib.

Litvalı nazirin sözlərinə görə, Rusiyanın sözügedən hərbi təlimlərdə yalnız 12 min hərbi qulluqçunun iştirak etdiyi barədə məlumatı da həqiqətə uyğun görsənmir.

«Biz, ayıq və hazır olmalıyıq. Biz, ehtiyat edirik ki, Rusiyanın Belorusda iştirakı daimi ola bilər» - deyə, nazir qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar