MİLLİ ŞURANIN MÖHTƏŞƏM FİNAL MİTİNQİ - FOTOLAR- VİDEOLAR

..

Cəmil Həsənli müəllimləri təbrik etdi və onlara müraciət etdi: «Sizi müəllimlər günü ilə bağlı təbrik edirəm. Təhsilin xilas olması müəllimin ləyaqətli olmasından, ona verilən qiymətdən keçir. Biz buna nail olmalıyıq. Seçki məntəqələrində ən çox təmsil olunan sizlərsiz. İmkan verməyin sizlərdən istifadə etsinlər.«Millətimiz azadlıq uğrunda böyük bir mübarizəyə başlayıb və biz buna nail olacağıq».

"İdarə və müəssisələrdə təbliğat aparırlar ki, biz hakimiyyətə gəlsək, hamını işdən qovacağıq. Bizim bir iki nəfərdən başqa heç kimi işdən qovmaq niyyətimiz yoxdur. Biz məmur qardaşlarımızın ləyaqətli həyatını təmin edəcəyik.

Belə fikir aşılayırlar ki, biz gəlib dini azadlıqları məhdudlaşdıracaq, hicabı tamam qadağan edəcəyik. Burdan bəyan edirəm, xalqdan başqa heç kimin qarşısında öhdəliyimiz yoxdur. Biz dini azadlıqları genişləndirəcək, hicaba azadlıq verəcəyik. Necə geyinmək, necə yaşamaq vətəndaşın öz haqqıdır. Kim hicab bağlamaq istəyirsə, bu azadlığı ona vermək lazımdır.

Vətəndaşlarımızın Allah sevgisi böyükdür, safdır. Bu ölkədə imanlı insanlarla Yaradan arasına heç kimin girməsinə imkan verməyəcəyik.

Bu gün ruhani qardaşlarımız, başqa ictimai, siyasi fəallar günahsız yerə həbsdədir. Biz günahsız yerə həbs olunan insanlarımızın, siyasi məhbusların azadlığını tələb edirik və onları azad edəcəyik!

Biz məhkəmələrə xalqın inamını bərpa edəcəyik. Məhkəmələr cəza aləti olmayacaq, ədalət mühakiməsi ilə məşğul olacaq!"

"Bunlar biyan kötüyü barədə qanun qəbul ediblər, ancaq neft haqqında yox. Niyə? Ona görə ki, hakim ailə neft gəlirlərini istədiyi kimi mənimsəyə bilsin.

2 milyon vətəndaşımız çörək-dolanışıq dalınca Rusiyaya, 400 min Ukraynaya, bir o qədər də Türkiyəyə gedib. Çünki onlar neft ölkəsində çörəkpulu qazana bilmirlər. Bu gün Azərbaycan neftindən uzaq düşmüş bir zümrə var, o da Azərbaycan vətəndaşıdır, pensiyaçılardır, Azərbaycan məmurlarıdır. Sizə deyirəm, neft gəlirlərində gözü olmayan bir nəfər olacaq, o da mən olacam!"

"Belə fikir aşılayırlar ki, biz gəlib dini azadlıqları məhdudlaşdıracaq, hicabı tamam qadağan edəcəyik. Burdan bəyan edirəm, xalqdan başqa heç kimin qarşısında öhdəliyimiz yoxdur. Biz dini azadlıqları genişləndirəcək, hicaba azadlıq verəcəyik. Necə geyinmək, necə yaşamaq vətəndaşın öz haqqıdır. Kim hicab bağlamaq istəyirsə, bu azadlığı ona vermək lazımdır.

Vətəndaşlarımızın Allah sevgisi böyükdür, safdır. Bu ölkədə imanlı insanlarla Yaradan arasına heç kimin girməsinə imkan verməyəcəyik.

Bu gün ruhani qardaşlarımız, başqa ictimai, siyasi fəallar günahsız yerə həbsdədir. Biz günahsız yerə həbs olunan insanlarımızın, siyasi məhbusların azadlığını tələb edirik və onları azad edəcəyik!"

«Bir daha məhkəmə cəza alətinə çevrilməyəcək. Məhkəmə ədalət mühakiməsinə çevriləcək».

Cəmil Həsənlinin çıxışı qısa musiqi fasilələri ilə davam edir. O, bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb etdi:«Saxta ittihamlarla həbs olunan gənclərimiz azad olunmalıdırlar və olunacaqlar»

Mitinq iştirakçıları «İlham bəsdir!» şüarı səsləndirirlər.

...

Cəmil Həsənlinin çıxışından: : «Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyova eşq olsun. Biz bu millətin öz hakimiyyətini formalaşdırmaq haqqını özünə qaytaracağıq».

«Bunlar qanunlar üzərində təmir əməliyyatları aparırlar. Bütün qanunlardan demokratik məqamlar çıxarılıb. Ölkəmizdə avtoritarizmə yolu biz bağlayacağıq. Biz imkan vermərik ki, bu ölkədə kimsə diktatura rejimi qursun…».

«2 milyon vətəndaşımız çörək-dolanışıq dalınca Rusiyaya, 400 min Ukraynaya, bir o qədər də Türkiyəyə gedib. Çünki onlar neft ölkəsində çörəkpulu qazana bilmirlər. Bu gün Azərbaycan neftindən uzaq düşmüş bir zümrə var, o da Azərbaycan vətəndaşıdır, pensiyaçılardır, Azərbaycan məmurlarıdır. Sizə deyirəm, neft gəlirlərində gözü olmayan bir nəfər olacaq, o da mən olacam...».

...

Həmişəkindən fərqli olaraq bu dəfə müxalifət liderləri tribunada deyil, aksiyaçıların arasında dayanıb Cəmil Həsənlinin çıxışını dinləyirlər

Müsavat başqanı İsa Qəmbər: «Mən mitinqlərdə tribunada da olmuşam, adamların arasında da. Hamısı şərəflidir.

AXCP sədri Əli Kərimli: «Sıra adamı olaraq biz vəzifəmizi yerinə yetiririk».

Cəmil Həsənli ilə görüş-mitinq başladı. Tribunada mitinqin aparıcısı gənc fəallardan Aygün Pəncəliyevadır. Cəmil Həsənli və Milli Şuranın başqa rəhbər simaları tribunadadır. Mitinq dövlət himninin oxunması ilə açıq elan edidi. Meydan "Cəmil bəy!" sədaları ilə çalxalanır.

Meydana axın davam edir.

....

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakının Yasamal rayonunda özünün son seçkiöncəsi mitinqini keçirir. "AzPolitika.info"-nun əməkdaşlarının verdiyi məlumata görə, mitinq hələ başlamasa da böyük sayda insan meydana toplaşıb. Stadionun girişində polis postları qurulub. Yaşı 18-dən az olanlar meydana buraxılmır. Buna baxmayaraq ötən mitinqlərlə müqayisədə azı 2 dəfə çox insan çoxdur. Soyuq və yağmurlu havaya baxmayaraq, mitinqə gələnlərin sayının ardı-arası kəsilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar