Qasırğanın növbəti hədəfi Çin və Tayvandır

Çin və Tayvanda qasırğa təhlükəsi elan olunub.Trend-in məlumatına görə, "Talim" qasırğasının yaxınlaşması ilə əlaqədar bu gün Tayvanda və Çinin şərqində - Çjeszyan və Fuszyan vilayətlərində yerli sakinlərə xəbərdarlıq edilib.

"Talim"in bu il Çinin sahil rayonlarını dağıdacaq 18-ci qasırğa olacağı bildirilir. Qasırğanın quruya sentyabrın 14 və ya 15-i çatacağı ehtimal edilir.

Sürətinin saniyədə 52 metr olacağı gözlənilən qasırğa ilə əlaqədar Fuszyan hakimiyyəti kütləvi təxliyəyə hazır olduğunu bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar