ABŞ-ın Ali Məhkəməsinin qaçqınlarla bağlı hökmü

almaniya qacqinABŞ-ın Ali Məhkəməsi Tramp adminisrasiyasına qaçqınlarla bağlı məhdudiyyət planını müvəqqəti şəkildə qüvvədə saxlamasına imkan yaradıb. Məhkəmə eyni zamanda səyahət qadağasına dair qərarı nəzərdən keçirir.

Hakim Antoni Kennedi tərəfindən qərar bazar ertəsi günü çıxarılıb. Əgər Alı Məhkəmə hökm çıxarmasa idi, Appellyasiya Məhkəməsinin qadağanı qismən aradan qaldırmasına dair hökmü bu gün qüvvəyə minəcəkdi.

Tramp administrasiyası Ali Məhkəməyə müraciət edərək, Appelayasiya Məhkəməsinin hökmünü qüvvədə saxlamasını istəyib. Həmin hökm demək olar ki, bütün qaçqınların ölkəyə girişinə 120 gün müddətinə qadağa tətbiq edir. Ötən həftə daha aşağı instansiyalı məhkəmə Amerikada yerləşən qaçqın agentliyinin razılığı olsa, qaçqınların ABŞ-a daxil olmasına dair hökm çıxarmışdı.

24 minə yaxın qaçqının taleyini Ali Məhkəmənin 9 hakiminin son qərarı həll edəcək ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar