Moskvada bomba həyəcanı - 20 min insan təxliyə edildi

Moskvanın müxtəlif ictimai yerlərində bomba xəbərdarlığından sonra 20 mindən çox insan təxliyə olunub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşrinə hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Paytaxtın 30-dan çox obyektində bomba xəbərdarlığından sonra insanlar təxliyə edilib”, - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, bomba barədə məlumatların əsas hissəsi “Afimoll”, “Metropolis”, “Qorod”, Mərkəzi Univermaq, “Festival”, “Varşavski” və “Kojevniki” kimi ticarət mərkəzlərinə aiddir.

Həmçinin “Kosmos”, “Zvyozdnaya” və “Azimut” mehmanxanalarından da insanlar çıxarılıb. Bundan əlavə naməlum şəxslər “Kiyevski” və “Kazanski” vağzallarında da bomba olduğunu bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar