Şəmkirdə yaşlı kişi küçədə linglə döyülüb

Şəmkirin Seyfəli kəndində yaşlı kişi döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 65 yaşlı yerli sakin Məhəmməd Quliyev tanışı tərəfindən linglə döyülərək ağır xəsarət alıb.

İnsidentin hansı səbəbdən baş verdiyi bilinmir. Hadisəni törədən şəxs və ya şəxslər yaşlı kişini ağır vəziyyətdə küçədə qoyaraq oradan uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslər tərəfindən hadisə yerinə təcili yardım çağrılıb və yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar