İCRA BAŞÇISI KƏRƏM HƏSƏNOVU "VURDU" - "Onun marağının olmasını eşitmişəm"
Baxiş sayı:
Dərc olunub:
14/09/2017 - 12:00
Dünən mətbuatda "Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib. Məsələ ilə bağlı Unikal.org-a danışan Daşkəsənin icra başçısı Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.
Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib: "Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm . Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”.
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.