Samuxda 31 yaşlı qadını elektrik cərəyanı vurub

cereyanSamux rayonunun Qarabağlılar kəndində 31 yaşlı qadını elektrik cərəyanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Sürəyya Kamaləddin qızı Nağıyeva həyətyanı sahədə su motorunu işə saldığı zaman onu elektrik cərəyanı vurub. Qadın ağır vəziyyətdə əvvəlcə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar