“Yeni Hayat Şirkətlər Qrupu” müflis olub? - Şirkətdən açıqlama

Bir neçə gün əvvəl “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı xəbərlər yayılmışdı. Bununla bağlı “Yeni Həyat” MMC-nin İctimayətlə Əlaqələr üzrə aparıcı mütəxəssisi Samirə Əliyeva "AzPolitika.info"ya məktub göndərərək, məlumastı təkzib edib. Məktubda deyilir:

"Hörmətli redaksiya!

Bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair “Yeni Hayat Şirkətlər Qrupu” MMC-nin rəsmi açıqlaması:

Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır. Bunlar Grand Hayat MTK – Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Hayat Palace MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Park Azure MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, Megafun AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi, komplekslərə xidmək göstərən Hayat Management MMC-dir.

Müflis elan edilməsi barədə xəbər yayılmış Yeni Həyat MMC Zərifə Əliyeva 55 (binanın görüntüsü əlavə olunur) ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır (fəaliyyətin dayandırılması haqqında haqqında arayış əlavə olunur) və binaya xidmətin göstərilməsi üçün Hayat Management MMC-yə təhvil verilmişdir.

Bunları nəzərə alaraq səhifənizdə Yeni Həyat Şirkətlər Qrupunun müflis olması haqqında yerləşdirilən yalnış məlumatın qısa müddət ərzində təqdim etdiyimiz düzgün məlumatlarla dəyişdirilməsini xahiş edirik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar