ABŞ Avropaya 2 strateji bombardmançı təyyarə «tulladı» - «Qərb-2017»-yə cavab?

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Avropaya nüvə silahı daşıya bilən 2 strateji bombardmançı təyyarə göndərib.

Təyyarələr Luiziana ştatından havaya qalxıblar və axşam saatlarında Britaniyadakı aviabazaya enəcəyi planlaşdırılıb.

Bütün bunlar bu gün start götürən «Qərb-2017» Rusiya-Belarus hərbi təlimləri fonunda baş verir. Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, təlimlər istisnasız olaraq, müdafiə xarakteri daşıyır.

Rəsmi məlumatlara görə, təlimlərə Rusiya və Belarusun 13 min hərbçisi cəlb olunub. Amma Qərbdə hesab edirlər ki, bu rəqəm xeyli kiçildilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar