Hillari Klinton ABŞ-da «seçənlər kollegiyası»nı ləğv etməyə çağırıb

klintonAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi, Prezident Donald Trampın eks-rəqibi Hillari Klinton ABŞ-da «seçənlər kollegiyası»nı ləğv etməyə çağırıb.

«Mən, hesab edirəm ki, onu ləğv etmək lazımdır. Mən istərdim ki, biz, irəli getməkdə davam edək» - deyə, Klinton «CNN» telekanalına verdiyi müsahibədə bəyan edib.

Eks-dövlət katibi əlavə edib ki, 2000-ci ildə seçənlər demokratların namizədi Albert Qorun seçkiləri udmasına mane olublar, halbuki o, respublikaçıların namizədi Corc Buşdan 543 min arıq səs toplamışdı. Qor o zaman seçənlərdən az səs aldığına görə, seçkidə məğlub olmuşdu.

Belə vəziyyət 2016-cı ildə də təkrarlandı. Bu seçkilərdə seçənlərin səslərinin sayına görə, Klinton Trampa uduzdu. Ancaq seçicilərin səslərinin sayına görə, Hillari Trampı xeyli qabaqlayırdı. Tramp seçənlərin 306 səsini alaraq, qələbə qazandı. Klintona isə seçənlər 232 sən vermişdilər.

Məlumat üçün bildirək ki, ABŞ-da seçənlər kollegiyasının 538 üzvü var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar