KXDR Yaponiya və ABŞ-ı məhv edəcəyi ilə yenidən hədələdi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatlarını (ABŞ) və Yaponiyanı məhv edəcəyi ilə yenidən hədələyib.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasınnın (BMT TŞ) Şimali Koreyaya qarşı sanksiyaları nəzərdə tutan yeni qətnaməsinə cavab olaraq, KXDR-in Asiya-Sakit okean bölgəsində sülh komitəsinin sədri yeni təhdid dalğası ilə ABŞ və Yaponiyanın üzərinə hücuma keçib.

«Səbrin-dözümün bir həddi var... Gəlin, ABŞ-ın kontinental hissəsini zülmətə və külə qərq edək» - deyə, Koreyanın Mərkəzi tedeqraf agentliyi tərəfindən yayılmış bəyanatda qeyd olunur.

Yaponiya bu təhdidlərin altına ona görə düşüb ki, sanksiyalar üzrə ABŞ-ın mövqeyini dəstəkləyib. Amma qətnamə TŞ bütün üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

«Yaponların - Koreya millətinin qatı düşmənlərinin - davranışı bizi qəzəbləndirir... Yapon arxipelaqı üzərindən qitələrarası ballistik raket uçuşu onları hələ özünə gətirmədiyi üçün (yaponlara - red.) dəqiq zərbə vurulmalıdır. Arxipelaqın 4 adası nüvə bombası ilə sulara qərq edilməlidir» - deyə, bəyanatda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar