Rüstəm İbrahimbəyov Londona dəvətdən danışdı

“Böyük Britaniyada çox nüfuzlu qurumlarla, şəxslərlə ciddi görüşlərimiz nəzərdə tutulub”

“Londona dəvət edilənlər siyahısında Milli Şuranın sədri kimi mənim, prezidentliyə vahid namizəd Cəmil Həsənlinin, Milli Şuranın üzvləri İsa Qəmbərin, Eldar Namazovun və Əli Kərimlinin adı var. Biz sentyabrın birinci ongünlüyündə Londonda olacağıq”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov məlumat verib. Onun dediyinə görə, bu dəvət təsadüfi dəvət deyil: “Mən bir müddət əvvəl orada görüşlər keçirmişəm. Belə demək mümkündürsə, təmasların əsasını qoymuşam. Bu cür görüşlər elə-belə yerə olmur, ona uzun müddətli hazırlıq gedir. Böyük Britaniyada çox nüfuzlu qurumlarla, şəxslərlə ciddi görüşlərimiz nəzərdə tutulub. İngiltərənin çox hörmətli qurumları bizi gözləyirlər”. R.İbrahimbəyov dedi ki, görüşlərin təxminən sentyabrın 4-dən 10-a qədər müddətə planlaşdırılıb: “Mən sentyabrın 7-dək məşğul olacağam. Ən əsas görüş sentyabrın 9-da olacaq. Ona görə də mən Londona sentyabrın 8-də gedəcəyəm. Milli Şuranın digər dəvətli üzvlərinin hansı gün gedəcəklərini isə dəqiq bilmirəm”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar