Hacıqabulda iki piyadanı avtomobil vuraraq öldürüb

Qezada-sinmish-padpres-180912Hacıqabulda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 110-cu kilometrliyində, rayonun giriş hissəsindəki körpüdə qeydə alınıb.

Həmin körpüdə dayanan 2 piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar