Fransalı nazir Azərbaycana gəlir

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət naziri Jan Baptist Lemoyn sabah Azərbaycana səfər edəcək.“Report”un Fransa XİN-ə istinadən verdiyi məlumata görə, o, Bakıda Azərbaycan-Fransa Universitetinin (UFAZ) yeni tədris ili bağlı keçiriləcək mərasimdə iştirak edəcək. Fransa rəsmisi səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, maliyyə naziri Samir Şərifov, təhsil naziri Mikayil Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Azərbaycan Respublikası yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, ARDNF-nin icraçı direktoru Şahmar Mövsumovla görüşəcək.

Eynı zamanda J.P.Lemoyn Bakı Fransız Liseyini ziyarət edəcək və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar