Rus qırıcılarının yaxınlığına zərbə endirən pilot danışdı

Suriya hava məkanında rejim ordusu ilə birgə hərəkət edən pilotsuz hava vasitəsini zərərsizləşdirən ABŞ Hərbi-Hava Qüvvələrinin pilotu Ceremi Reken danışıb.Axar.az xəbər verir ki, Reken bu ilin iyun ayında əməliyyat zamanı Suriyaya məxsus pilotsuz hava aparatını müşahidə etdiyini və aparatda raketlərdən birinin yerində olmadığını bildirib.

Belə ki, raketlərdən birinin yerində olmadığını görən Reken qərargaha dərhal xəbər verdiyini, daha sonra aparatı zərərsizləşdirməyə çalışdığını qeyd edib: "Pilotsuz hava aparatının yaxınlığında iki Su-27 qırıcı təyyarə var idi. Bu səbəbdən dərhal atəş açmaq barədə qərar vermədim. Rusiya qırıcıları o dərəcə yaxınlığda idi ki, atəş açmağım yanlış anlaşıla bilərdi. Rusiya qırıcıları cənuba doğru hərəkət edəndə dərhal AİM-120c raketini bir atəşlə zərərsizləşdirdim".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar