İran ABŞ-ın İŞİD-i dəstəkləməsinə dair sübutunun olduğunu bəyan edib

İran Birləşmiş Ştatların İŞD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

"Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq", — deyə o, yerli KİV-ə söyləyib.

Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şrəqdə ABŞ üçün "böyük qalmaqal" ilə nəticələnəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar