Kreml Kataloniyanın ayrılması prosesinə müdaxilə cəhdi göstərir - «Le Confidencial» qəzeti

wikileaks«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Kataloniyanın İspaniyadan ayrılması prosesinə müdaxilə cəhdləri göstərir. Ancq mutariyyət hökuməti guya, bu cür dəstəkdən imtina edir.

«Wikileaks»-ın qurucusu Culian Assanj Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını fəal şəkildə dəstəkləməyə başlaıb. Son vaxtlar o, muxtariyyəti dəstəkləyən onlarla «tvit» dərc edib. İspan qəzetinin fikrincə, onun internetdə təsiri KİV-in material dərc etməsinə bəraər gücdədir.

Bəs, burada Rusiyalıq nə var ki? Nəşrin məlumatına görə, Assanj ABŞ-n respublikaçı konqresmeni Deyn Rorabeykerlə görüşündən sonra fəallaşıb. Konqresmen isə Rusiya yönlülüyü və Vladimir Putinlə çoxdankı dostluğu ilə tanınır.

Bundan savayı ortada heç bir dəlil-çübut yoxdur. Ancaq son son il ərzində internet-jurnalist guya, istisnasız olaraq, Rusiyanın maraqlarından çıxış edib: ABŞ-da Trampın namizədliyini, Fransada Marin Le Penin namizədiyini və ya Suriya münaqişəsində Putinin maraqlarını dəstəkləyib.

Qəzet diqqəti bu məsələyə də yönəldir ki, Rusiyanın «Today» telekanalı Kataloniyanın Milli gününə hamıdan artıq efir vaxtı həsr edib.

Amma Barselona üçün Avropa İttifaqının tərkibində qalmaq çox vacib məsələ olduğundan, qəzetin fikrincə, muxtariyyət hakimiyyəti Kremllə açıq dostluğa getməz.

Məlumat üçün bildirək ki, Kataloniya hakimiyyəti müstəqillik referendumunu oktyabrın 1-də keçirmək fikrindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar