Ekvador prezidentinin kabinetində müşahidə kamerası aşkarlanıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Evadorun Prezidenti Lenin Moreno özünün iş kabinetində gizli müşahidə kamerası aşkarlayıb və bundan hədsiz dərəcədə qəzəbləndiyini bildirib.

Dövlət başçısının mühafizə xidməti bildirib ki, videokamera hələ Rafael Korreronın dövründə quraşdırılıb.

Lenin Moreno dövlət başçısı vəzifəsinin icrasına mayın 24-də başlayıb.

«Təəccübləndim və çox qəzəbləndim. Mənim kabinetimdə gizli kamera?» - deyə, Moreno öz «Tvitter»ində yazıb.

Prezidentin fikrincə bu, onun şəxsi həyatına qarşı cinayətdir.

Maraqlıdır ki, sənədlərdə sözügedən videokamera «şəraitin bir hissəsi» kimi keçir.

Məlumat üçün bildirək ki, Lenin Moreno bundan əvvəl, 2007-2013 illərdə ölkənin vitse-prezidenti vəzifəsini daşıyıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar