Belarus sakini göbələkdən ötəri Litva sərhədini keçib - Təbiət sərhədlərə qarşı?

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Belarus vətəndaşı iri bir göbələyi dərmək məqsədilə, Litvanın dövlət sərhədini qanunsuz keçib. Belarus sərhədçiləri litvalı həmkarlarını inandırmağa çalışıblər ki, sərhəd pozucusu onların həmkarı yox, kamuflyajda olan adi vətəndaşdır.

İndi bu fakt üzrə Belarus sərhədçiləri Litva sərhədini qeyri-qanuni keçmək faktı üzrə yoxlama aparırlar. Belarus vətəndaşı Litvanın dövlət sərhədini pozub və iri bir göbələyi dərmək üçün qonşu ölkənin ərazisinə 2,5 metr irəliləyib.

Bu barədə xəbəri Belarusun dövlət sərhəd komitəsi yayıb.

Litvalı jurnalistlər xəbər veriblər ki, ölkənin prokurorluğu dövlət sərhədinin mühafizə xidməti ilə birgə dövlət sərhədini qanunsuz keçmə faktı üzrə məhkəməyəqədər araşdırmaya başlayıb.

Jurnalistlər bütün baş verənlərə görə, Belarus sərhədçisini günahlandırıblar. Onlar iddia edirlər ki, Litva ərazisində bitmiş tək bircə iri göbələyi dərmək üçün pozucu şəxs bilərəkdən qonşu dövlətin ərazisinə daxil olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar