RUSİYA “QAYIDIR”! - Yaxın Şərqdə Moskvanın izləri görünür

Son illərdə Rusiyanın təsiri demək olar ki, Yaxın Şərqin hər yerində hiss edilir. Belə ki, Moskva Suriyadakı vətəndaş müharibəsinə son qoyulması ilə əlaqdar keçirilən yığıncaqlarda sədrlik edir, Suriya və İraqdakı kürd məsələsində özünün iştirakı barəsində bəyanatlar səsləndirir.

Bundan başqa Rusiya İraq-İran-Suriyadan ibarət olan “Şiə hilalı” məsələsində də mühüm rol onamağa çalışır. Həm də ki, onlar regiondakı kövrək vəziyyətin yoluna qoyulması ilə bağlı Səudiyyə Ərəbistanı və Fars körfəzinin əmirlikləri ilə birbaşa danışıqlar aparırlar.

Həm Misir, həm də İsrail Kremllə sıx əlaqələr quraraq, Putinə öz sözünü və vədlərini yerinə yetirən etibarlı siyastçı kimi baxırlar. Həmin fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bölüşür. Türkiyə energetika, Avrasiyadakı təhlükəsizlik və Yaxın Şərq blokunun gələcəyi ilə bağlı sahələrdə Rusiya ilə birlikdə yeni strateji ox yaratmağa hazır olduğunu göstərir.

Moskva liviyalı müxtəlif fraksiyalarla, Fələstin siyası partiyaları, kürd nümayəndələri və Suriya müxalifət üzvləriylə görüşlər keçirib. Yaxın Şərq liderləri Kreml ilə danışıqlar aparmaq üçün daimi olaraq Moskvaya səfərlər edirlər.

Belə görünür ki, Rusiya “qayıdır”. Lakin bu proseslərin soyuq müharibə işığında analiz edilməsi səhv olardı. Çünki müasir Rusiyanın Sovet İttifaqı olmadığını sözsüz də anlamaq olar. Artıq Kreml SSRİ-də olduğu kimi müəyyən ideologiyanın yayılmasında maraqlı deyil və o region ölkələrinə Vaşinqton və Moskva arasında seçim edilməsinin sırınmasına cəhd göstərmir. Axı, Moskva təhlükəsizlik və iqtisadi sferadakı köməklik üçün böyük məbləğlər xərcləməyi də qətiyyən istəmir.

Rusiyanın 21-ci əsr siyasəti, heç də Birləşmiş Ştatların yerini tumaqdan ibarət deyil. Kreml Vaşinqtonla müqayisədə özünü daha yaxşı vasitəçi kimi tqdim edir və həmçinin də, Yaxın Şərq ölkələrinə texniki təchizat və imkanlar verir. ABŞ isə bunları təqdim etməyi arzulamır. Elə məhz bunların sayəsində soyuq müharibə dövründə Rusiyanın regiondakı keçmiş rəqibləri, xüsusən də, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və İsrail Kreml ilə yeni qarşılıqlı münasibətlərin qurulması istiqamətində daha açıq olublar.

ABŞ regiondakı bütün ölkələrin quruluşunu 20 il ərzində dəyişməyə səy göstərdikdən sonra, bu ölkələr artıq sabitlikdə maraqlıdırlar. Belə bir vəziyyət Rusiyaya öz iştirakını bərpa etməyə imkan verib. Aydındır ki, özünün nəhəng vədlərini yerinə yetirməyə Vaşinqtonun gücü çatmır. ABŞ-ın heç bir prezident administrasiyası kifayət edəcək qədər Amerikan kadrları və resursları təqdim etmək imkanında deyil. Amerikanlar regionda müttəfiq tapmaqda da çətinlik çəkirlər və onların kriteriyalarına yaxın olan yeganə qrup kürdlərdir. Amma onların ənənəvi kürd olmayan bölgələrdəki iştirakı Ankara və Bağdad ilə Amerika arasındakı münasibətlərdə yeni çətinliklər yaradır.

Rusiya siyasəti, indiki anda Suriyadakı münaqişənin uzunmüddətli həllinin mümkünsüz olduğunu etiraf edir. Ona görə də, Moskvanın fəaliyyətləri Suriyadakı münaqişə zonalarında bir sıra müvəqqəti kompromislərin əldə olumasına yönəlib. Vaşinqtonun heç bir real xərc çəkmədən möhkəmləndirmək istədiyi 21 əsr baxışlarından fərqli olaraq, Rusiya mahiyyət etibarıyla 19 əsrdəki təsir dairəsini və qüvvələr nisbətinin nəzərə alınmasını təklif edir.

Putin ona qarşı dünya səviyyəli siyasətçi kimi yanaşılmasından və həmçinin də, Rusiya ilə Birləşmiş Ştatların bərabər vəziyyətdə tutulmasından həzz alır. Lakin Rusiya rəhbərliyinin öz fəaliyyətlərində yalnız dünya nəhəngi olmasına can atmasını güman etmək yanlış olardı. Moskva, həmçinin öz siyasətindən lazımı mənfəət götürməyə çalışır.

Özünün nəhəng dövlət olmasını təsdiq etməklə yanaşı, Rusiya həm də istəyir ki, Yaxın Şərqdəkı biznes işlərində aktiv rol oynasın. Burada söhbət ilk növbədə silahlar və atom elektrik stansiyalarından gedir. Yəni məhz bunlar Amerikanın təqdim etmək istəmədiyi texnologiyalardır.

Yaxın Şərq ABŞ-ın geostrategiyasına tənqidi münasibət bəsləyir: Avropaya enerji çatdırmaq yolunda, Türkiyə Rusiya üçün Ukraynanı tranzit ölkə kimi əvəz etməlidir, Moskvanın İraq və Liviyaya investisiya qoyması isə, neft sektorunda Rusiyanın bu ölkələrdəki iştirakının təminatçısı olacaq. Eyni zamanda Moskva istəyir ki, Rusiyanın mərkəzi hissəsini Fars körfəzi və Hind okeanı ilə birləşdirəcək yol çəkilsin.

Mühüm olanlardan biri də odur ki, Moskva özünün regiondakı yeni təsirindən yararlanaraq, ABŞ-ın Rusiya iqtisadiyyatına təzyiq göstərmək üçün Səudiyyə Ərəbistanından istifadə etmək cəhdinin qarşısını ala bilər. İndi Ər-Riyad Moskva ilə rəqabət aparmaq yerinə, onunla əməkdaşlıq yolunu tutub. Onların hər ikisi dövlət büdcəsinə daxil olan gəlirləri təminat altına almaq üçün neftin qiymətinin sabit minimal həddən aşağı düşməməsi üçün birlikdə çalışırlar. Bundan başqa Qərb sanksiyalarını nəzərə alsaq, onda kreditlə təmin olnmaq üçün Moskva Yaxın Şərqdəki mənbələrdən istifadə etmək istəyir.

Son dörd ildə Rusiya özünün Yaxın Şərq fəaliyyətlərindən yaxşı dərs götürüb. Hal-hazırda Moskva Şərqi Asiyada ilk addımlarını atır. Bu addımları Vladimir Putinin Çin, Yaponiya və Cənubi Koreya ilə keçirdikləri görüşlərdən də görmək olar. Rusiya Yaxın Şərqdən almağa ümid etdiyi iqtisadi faydanı Şərqi Asiya regionundakı diplomatik səyləri hesabına da qazanacağına inanır.

Soyuq müharibə zamanı Sovet İttifaqı bütün sferalarda Birləşmiş Ştatlarla rəqabət aparmağa cəhd göstərirdi, lakin uduzdu. Bu gün Rusiya daha incə strateji oyunla məşğuldur. Hələlki belə görünür ki, bu siyasət öz meyvələrini verir.

(The National Interest- ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar