Londonda bir neçə nəfər havadakı kimyəvi maddədən zəhərlənib

Londonun cənubunda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib.APA-nın “The Sun” qəzetinə istinadən verdiyi məlumata görə, zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində fövqəladə xidmət əməkdaşları çalışır. Polis ərazidə nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Yaxınlıqdakı evlərin sakinlərin evakuasiya ediləcəyi istisna olunmur.

Hadisə şahidlərindən biri qəzetə bildirib ki, polis olayın terrorla mümkün əlaqəsini araşdırır. Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri isə naməlum maddənin kanalizasiyadan püskürmüş ola biləcəyini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar