Tramp Şimali Koreya ilə bağlı bəyanatla çıxış edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Endryus aviabazasında hərbçilər qarşısındakı çıxışı zamanı Şimali Koreya problemi ilə bağlı öz fikirlərini səsləndirib.

Prezidentin fikrincə, Pxenyan növbəti raket sınağı ilə qonşularına və dünya birliyinə tam etinasızlığını nümayiş etdirib.

«Şimali Koreya yenidən qonşularına və bütün dünya birliyinə tam etinasızlığını nümayiş etdirdi» - deyə, Tramp Ağ Evin saytı tərəfindən canlı yayımlanan çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, Amerikalı lider Şimali Koreya təhlükəsi ilə mübarizə üçün «üstünlüyü təmin edən» vasitələrin effektliliyinə əmin olduğunu bildirib.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli isə öz növbəsində, bəyan edib ki, Şimali Koreya tezliklə BMT sanksiyalarının təsir gücünü hiss edəcək, amma Pxenyanın buna necə reaksiya verəcəyi məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar