52 yaşlı kişi intihar edib

Qaradağ rayonunda 52 yaşlı kişi intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Qobustan qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 1965-ci il təvəllüdlü Ədalət Əli oğlu Eyvazov yaşadığı evin yardımçı otağında özünü asaraq intihar edib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) madəsi il cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar