“Şeyxə qarşı kampaniyanı erməni lobbisi aparır” - Hadı Rəcəbli

hadirecebli25364“Dünyanın heç bir ölkəsinin dini liderini bilərəkdən, özlərindən düşünülmüş şəkildə bəzəyib belə ortaya qoymurlar. Bu iyrənc hərəkətdir. Allahşükür Paşazadə bizim xalqın dini lideridir. Dünya onu qəbul edib”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Lənkərandan olan deputatı Hadi Rəcəbli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə bağlı mətbuata yazılanlara münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Allahşükür Paşazadə haqqında yayılan məlumatların arxasında erməni lobbisi durur.

“Çünki şeyx Moskvada gedib orda görüşlər keçirəndən sonra belə təxribatlara başladılar. Belə mənəviyyatsızlıq olar? Buna mənəviyyatsızlıq deyirlər. Ona görə də cəmiyyət gərək belə hissə, kütlə psixologiyasına qapılmaya. Azərbaycanlı necə azərbaycanlını baltalaya bilər? Bunu erməni lobbisi və ona uyan bəzi saytlar ediblər. Azərbaycan mətbuat belə olmamalıdır.

Allahşükür Paşazadə hər zaman dövlətçiliyə sadiq insan olub. O, ümummilli liderimiz Heydər Əliyevin, cənab prezident İlham Əliyevin hər zaman yanında olub. Həmçinin dünyanın bütün dini qurumları da onu qəbul ediblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar