ABŞ-da növbəti təhlükə: 225 kilometr sürətlə gəlir!

ABŞ-da yeni qasırğa təhlükəsi ilə əlaqədar əvvəlcədən insanlara xəbərdarlıq edilib.Axar.az xəbər verir ki, həftəsonu Atlantik okeanına çatan “Mariya” adlı qasırğanın şiddətli olacağı bildirilir.

“İrma” qasırğasına bənzədilən “Mariya” qasırğası Barbadosun 225 kilometr şimal-qərbində saatda 225 kilometr sürətlə Karib adalarına doğru irəliləyir. Bu da onu göstərir ki, qasırğa yağış və təhlükəli dalğalarla müşayiət oluna bilər.

Florida ştatındakı ABŞ Milli Qasırğa Mərkəzinin açıqlamasına görə, bundan əvvəlki “İrma” qasırğası 84 nəfərin həyatını itirməsinə və milyonlarla dollarlıq maddi ziyana səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar