İraqda referendum həyəcanı: Türk tankları sərhədə yerləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin bu gün başladığı Silopi-Habur bölgəsindəki təlimdə mövqelər üzrə hazırlıq görülüb.Axar.az xəbər verir ki, bu gün səhər saatlarında start götürən təlim axşam saatlarında xəndəklərin qazılması ilə yekunlaşıb.

Tanklar Şimali İraqa doğru istiqamətləndirilib. Raket batareyaları təhlükəsiz əraziyə yerləşdirilib. Həmçinin təlim sahəsinə hərbi vasitələr ilə maddi-texniki dəstək verilib. Təlim ərazisinin ətrafında isə zirehli maşınların təhlükəsizlik tədbiri aldığı görülüb.

Qeyd edək ki, TSQ Şimali İraq Kürd Regional Rəhbərliyinin keçirəcəyi referendumla bağlı təhlükəsizlik tədbirləri həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar