ABŞ Kubadakı səfirliyini bağlaya bilər

kubaAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) özünün Kubadakı səfirliyini bağlaya bilər. ABŞ-n dövlət katibi Reks Tillerson bildirib ki, bu, ötən ilin sonunda amerikalı diplomatların Kubada akustik hücuma məruz qoulması ehtimalı ilə bağlıdır.

O, «CBS» kanalına verliyi müsahibədə deyib ki, səfirliklə bağlı məsələ hazırda müzakirə olunur.

Tillerson onu da əlavə edib ki, səfirliyin bir neçə əməkdaşı xəsarət alıb və onları evlərinə göndərmək lazım gəlib.

Dövlət departamentinin məlumatına görə, 20 nəfərdən artıq amerikalı akustik hücuma məruz qalıb. Həkimlər onlardan bəzilərinə baş-beyin və mərkəzi sinir sisteminin yüngül zədələnməsi diaqnozu qoublar. Bu da hansısa akustik cihazların təsirindən baş verdiyi ehtimal edilir.

Hücumun mənbəyi məlum deyil. Kuba hakimiyyəti bu insidentlə əlaqəli olduğu barədəki şübhələri inkar edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar