Kipr hakimiyyəti vətəndaşlıq pasportu satır - Ölkəyə investisiya qoyanlara

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kipr hakimiyyəti ölkəyə investisiya qoymağın qarşılığında, arzu edənlərə pasport vermək yolu ilə 4 milyard dollar vəsait qazanıb.

«Qardian» qəzetinin məlumatına görə, təkcə ötən il 400-dən artıq sənəd verilib. Qəzet konkret soyadlar göstərmir - yalnız qeyd edir ki, siyahıda Rusiya parlamentinin sabiq üzvləri, Ukraynanın nəhəng kommersiya bankının əsasını qoyanlar və hansısa kazino sahibi olan milyarderin adları var.

Kiprin maliyyə nazirliyi bəyan edib ki, vətəndaşlıq almaq üçün qoyulacaq bütün investisiya sifarişləri ciddi şəkildə yoxlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar