"Palmali" "Lukoil"dən 2 mlrd. dollar tələb edir

"Palmali" şirkətlər qrupunun törəməsi "Palmali Denizçilik" "Litasco" şirkətini ("Lukoil" şirkətinin törəməsi - red.) məhkəməyə verib.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir.

Qeyd edək ki, "Lukoil" və "Palmali Denizçilik" cari ilin aprel ayında 10 illik neft və neft məhsullarının daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar