Tramp: «ABŞ Venesuelaya təzyiqləri davam etdirəcək - Siyasi kursunu dəyişməsə»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi (BMT BM) çərçivəsində, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Latın Amerikası dövlətlərinin başçıları ilə birgə şam yeməyi zamanı bəyan edib ki, ABŞ Venesuelaya təzyiqləri davam etdirəcək. Əgər siyasi kursunu dəyişməsə...

«Venesuela xalqı aclıq çəkir, onların ölkəsi isə dağılır. Amma bundan əvvəl uzun müddət ərzində bu ölkə dünyanın ən varlılarından biri olub. Birləşmiş Ştatlar bütün addımları atır ki, rejim məsuliyyət daşısın. Əgər Venesuela hökuməti xalqa avtoritar qaydalar sırımaqda davam etsə, biz gələcəkdə müvafiq ölçüləri götürməyi planlaşdırırıq» - Tramp bəyan edib.

Qeyd etmək yerinə düşərdi ki, Venesuelanın Prezidenti Nikolas Maduro BMT BM-ə gəlməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar