"ABŞ KXDR-ı yer üzündən silməyə hazırdır!" - Donald Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, onun ölkəsi Şimali Koreyanı «tamamilə məhv etməyə» hazırdır. Amma amerikalı lider ümid edir ki, ona bu münaqişədə hərbi üsullardan istifadə etmək lazım gəlməyəcək.

«ABŞ-n böyük səbr ehtiyatı var. Amma əgər özümüzü və müttəfiqlərimizi qorumağa bizi məcbur etsələr, Koreya Xalq Dnmokratik Respublikasını (KXDR) tamamilə məhv etməkdən başqa digər seçimimiz qalmayacaq» - deyə, Tramp Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin (BMT BM) iclasındakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, özünün raket və nüvə sınaqları ilə KXDR-n lideri Kim Çen In «Şimali Koreya üçün özünəqəsd missiyasını işə salıb». Siyasətçi qeyd edib ki, bu fonda BMT-nin bütün üzvləri müharibə təhlükəsi qarşısında fəaliyyətsiz qalmamalıdır. O, dünyanı nüvə müharibəsi ilə hədələyən ölkə ilə ticarətin yolverilməz olduğunu bildirib.

Tramp onu da qeyd edib ki, «hər zaman öz ölkəsinin vətəndaşlarının ehtiyaclarını birinci yerdə saxlayacaq» və digər dövlətlərin liderləri də məhz bu cür hərəkət etməlidirlər. Eyni zamanda, ABŞ öz müttəfiqlərinə dost köməyi göstərməyə hazırdır. Ancaq daha bundansonra birtərəfli sazişlərə imza atmayacaq.

«Bütün dünyada ölkələrin suverenliyinin müdafiəsində dayaqmaq vacibdir - Ukraynadan tutmuş, Cənubi Çin dəniinə qədər...» - Tramp əlavə edib.

O, həm də qeyd edib ki, «dünyanın bəzi ölkələri cəhənnəm yolunu tutub».

«Dünya ölkələrinin əhəmiyyətli hissəsi münaqişə vəziyyətindədir, bəzi dövlətlər isə ümumiyyətlə, cəhənnəmə yuvarlanırlar» - deyə, «Politico» nəşri Trampdan sitat gətirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar