Rusiya Azərbaycan vətəndaşını ekstradisiya edəcək

Çelyabinskdə üç il əvvəl həmyerlisindən 50 min dollar oğurlayan Azərbaycan vətəndaşı tutulub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, cəzasını çəkmək üçün vətəninə ekstradisiya olunacaq.

"Müəyyən edilib ki, həmin şəxs 2014-ci ilin mayında Bakıda səfərdə olan zərərçəkmişin etibarından sui-istifadə edərək aldatma yolu ilə ondan 50 min ABŞ dolları oğurlayıb, bununla da külli miqdarda maddi ziyan vurub", - Rusiyanın Çelyabinsk Vilayətinin Prokurorluğunun məlumatında deyilir.

O, 2017-ci ilin martında saxlanılıb və yaxın vaxtlarda Azərbaycanın səlahiyyətli orqanlarına təhvil veriləcək. Həmin şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar