Aİ-nın Siyasi və təhlükəsizlik komitəsinin sədri və üzvləri Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) Siyasi və təhlükəsizlik komitəsinin sədri və 28 üzvü Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, səfər oktyabrın 3-nə təyin olunub, lakin tarix dəyişə bilər.

Səfər zamanı Aİ-Azərbaycan münasibətləri, xüsusilə təhlükəsizlik siyasətinin aspektləri müzakirə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar