15 iyul olayını bitirən məşhur jurnalist - “Azərbaycan mediasına təşəkkür edirik”

“Azərbaycan- Türkiyə arasındakı münasibətlər başqa ölkələr arasındakı münasibətlərə bənzəmir. Çünki sizlərin də dediyiniz kimi, mətbuatı, siyasəti eyni olan iki qardaş ölkədir”.

Bu sözləri 15 iyul olayında prezident Erdoğanı canlı yayıma bağlayan Türkiyənin məşhur jurnalisti Hande Fırat Musavat.com-a danışarkən bildirib.

Hande Fırat Türkiyənin ağır günündə ən çox yanında olduğu ölkənin Azərbaycan olduğunu vurğulayıb:

“Yeni prezident və ya baş nazir seçiləndə ilk ziyarəti Quzey Kipr olursa, ikinci ziyarəti mütləq Azərbaycan olur. Eyni zamanda hər iki ölkə bir çox problemlərdə bir-birinin yanında yer alır.

15 iyul gecəsi Türkiyə üçün çox kritik bir gecə idi. Olaydan sonra hansı ölkənin bu olaya necə reaksiya verdiyi araşdırıldı. “Dövlət çevrilişinə cəhdin qarşısını aldınız, hər zaman yanınızdayıq” deyə səmimi reaksiyaları görmək çox çətin idi. Gecikən reaksiyalar çox oldu. Azərbaycan mediası isə, siyasətçiləri ilə göstərdikləri reaksiya Türkiyə üçün çox dəyərlidir. Və buna görə çox təşəkkür edirik”.

Qeyd edək ki, CNN-nin Ankara təmsilçisi 15 iyun dövlət çevrilişinə cəhd zamanı “Facebook” üzərindən prezident Erdoğanı canlı yayıma bağlamışdı.

Erdoğanın canlı yayımla çıxışı məlum olayın qarşısını almaqda böyük rol oynamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar