Litva prezidentinin müşaviri Putinin niyyəti və Qarabağ haqda: “Qəbuledilməzdir...”
Rusiya prezidenti Vladimir Putinin Donbassda təmas xətti boyu BMT sülhməramlılarının yerləşdirilməsi barədə təklifi qəbuledilməzdir və münaqişə ətrafında Qarabağda olduğu kimi status-kvo formalaşdırmağa hesablanıb.Virtualaz.org xəbər verir ki, bunu Litva prezidentinin xarici siyasət müşaviri Neriyus Alekseyunas bildirib.
“Qəbuledilməzdir ki, belə missiyanın Ukraynanın şərqində haradasa demarkasiya xətti boyu yerləşdirilməs təklif olunur. Başlıca məqsəd bundan ibarət olmalıdır ki, əgər BMT missiyası yaradılacaqsa sülhməramlılar Rusiya-Ukrayna sərhədi boyu yerləşdirilsin”-prezidentin müşaviri deyib.
Bu günlərdə Rusiya prezidenti Donbassda BMT sülhməramlılarının yerləşdirilməsinə çağırıb. Hazırda məsələ müzakirə olunur.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.